Məzmuna keç
Daxil ol

Məxfilik siyasəti.

Son yenilənmə: 23 noyabr 2026

parkim.az saytı, park paneli və sürücü tətbiqi hansı məlumatı toplayır, ondan nə üçün istifadə edir və siz onu necə idarə edirsiniz. Qısa və sadə dildə.

Bu sənəd nəyi əhatə edir

Bu siyasət parkim.az saytına, taksi parklarının istifadə etdiyi panelə və iOS, Android üçün "parkim.az" sürücü tətbiqinə aiddir.

Sürücü kimi məlumatlarınızı seçdiyiniz və ya işlədiyiniz taksi parkı görür və idarə edir. parkim.az bu məlumatı parkın hesablaşmasını aparmaq və tətbiqi işlətmək üçün emal edir.

Hansı məlumatı toplayırıq

Qeydiyyat və hesab

Ad, soyad, telefon nömrəsi, FİN, sürücülük vəsiqəsinin nömrəsi, maşının markası və dövlət nömrəsi, seçdiyiniz park. Parolunuz oxuna bilməyən şifrələnmiş halda saxlanılır, onu heç kim görmür.

İş məlumatı

Sürüşləriniz (tarix, məbləğ, ödəniş növü, götürmə və çatdırma ünvanları), qazancınız, balans əməliyyatlarınız və maşın icarəsi sorğularınız. Sürüş məlumatı parkın qoşduğu taksi platformasından gəlir.

Ödəniş

Kart məlumatını ödəniş təşkilatı Epoint-in səhifəsində yazırsınız. Kartın tam nömrəsini və təhlükəsizlik kodunu biz görmürük və saxlamırıq. Bizdə kartın ilk altı və son dörd rəqəmi, növü, Epoint-in verdiyi kart açarı və ödənişlərin məbləği, tarixi, nəticəsi qalır.

Cihaz və təhlükəsizlik

Cihazın növü (iPhone və ya Android), IP ünvanı, son giriş vaxtı və hesabınızda edilən əməliyyatların jurnalı.

Saytdakı müraciət forması

Adınız, telefon nömrəniz və parkınız haqqında yazdıqlarınız. Yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur.

Toplamadıqlarımız

Tətbiq yerinizi (GPS), kontaktlarınızı, şəkillərinizi, kamera və mikrofonunuzu istifadə etmir. Tətbiqdə və saytda reklam və izləmə alətləri yoxdur.

Məlumatdan nə üçün istifadə edirik

  • Hesabınızı açmaq, sizi tanımaq və hesabı qorumaq.
  • Balansınızı, sürüşlərinizi və qazancınızı göstərmək.
  • Kartla balans artırmaq və pulu kartınıza çıxarmaq.
  • Fırıldaqçılığın qarşısını almaq: pul yalnız sizin özünüzün saxladığınız karta göndərilir.
  • Parkla sürücü arasında hesablaşmanı aparmaq.
  • Qanunun tələb etdiyi uçotu saxlamaq və suallarınıza cavab vermək.

Məlumatı kimlə paylaşırıq

  • İşlədiyiniz park. Parkın rəhbəri və əməkdaşları sizin hesabınızı, sürüşlərinizi və balansınızı görür.
  • Epoint. Ödəniş və karta çıxarış üçün lazım olan məlumat ödəniş təşkilatına ötürülür.
  • Dövlət orqanları. Yalnız qanunun tələb etdiyi hallarda.

Məlumatınızı satmırıq və reklam məqsədi ilə heç kimə vermirik.

Nə qədər saxlayırıq

Hesab məlumatı hesabınız açıq olduğu müddətdə saxlanılır. Maliyyə qeydləri (sürüşlər, ödənişlər, balans tarixçəsi) qanunvericiliyin tələb etdiyi müddətdə parkın uçotunda qalır. Tətbiqdən 60 gün istifadə etməsəniz, cihazdakı giriş özü bağlanır və yenidən daxil olmaq lazım gəlir.

Məlumatı necə qoruyuruq

  • Tətbiqlə server arasındakı bağlantı şifrələnir.
  • Giriş açarı telefonun qorunan yaddaşında saxlanılır.
  • Parol bir neçə dəfə səhv yazılanda giriş müvəqqəti bağlanır.
  • Yeni kart əlavə etmək üçün parol soruşulur, pul yalnız həmin kartlara göndərilir.

Hüquqlarınız və hesabın silinməsi

Haqqınızda saxlanılan məlumatı öyrənmək, səhvi düzəltdirmək və ya silinməsini istəmək hüququnuz var. Bunun üçün parkınıza və ya bizə yazın.

Hesabı tətbiqin özündən silə bilərsiniz: Profil bölməsi, sonra Hesabı sil.

  • Park sizi hələ qəbul etməyibsə, qeydiyyatınız və yazdığınız məlumat tam silinir.
  • Parkın sürücüsüsünüzsə, tətbiq hesabınız bağlanır və bütün cihazlardan çıxırsınız. Maliyyə qeydləri qanuna görə parkın uçotunda qalır.

Tətbiqə girə bilmirsinizsə, silinmə istəyini aşağıdakı əlaqə vasitələri ilə göndərin.

Uşaqlar və dəyişikliklər

Tətbiq 18 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb.

Bu siyasət dəyişərsə, yeni mətn bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir.

Bizimlə əlaqə

Məxfiliklə bağlı sualınız və ya silinmə istəyiniz varsa, bizə yazın: info@parkim.az.

Parkınızı qoşaq.

Formu doldurun, sizinlə əlaqə saxlayaq. Bolt açarını qoşduğunuz gündən gedişlər sürücü balansına düşməyə başlayır.

  • Müraciət birbaşa bizə gəlir. Heç kimə ötürülmür, yalnız sizinlə əlaqə üçündür.
  • Zəng edib parkınızı soruşuruq. Sürücü sayı, tarif, nağd qaydası.
  • Bolt açarını birlikdə qoşuruq. Gedişlər həmin gün balansa düşməyə başlayır.

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.