Hazırdır
Yango Fleet parkları üçün idarəetmə
Yango ilə işləyən park sürücü reyestrini, balansları, günlük tarifi, çıxarışları, rent a car-ı və hesabatı parkim.az-da bir paneldə aparır. Hər manat tarixçədə qalır, Excel lazım olmur.

Şəkillərdəki rəqəmlər demo parkdandır, interfeys realdır.
Yango fleet parkında nə işləyir
Bütün bölmələr eyni balans sistemi üzərində işləyir, hər yazılış tarixçədə qalır.
- Sürücü reyestri
- Sürücü profili, maşın, telefon, status və alt fleet bir yerdə.
- Balans və tarixçə
- Hər yazılış əvvəlki və sonrakı balansla saxlanılır, düzəliş səbəbi ilə yazılır.
- Günlük tarif
- Hər sürücüyə günlük məbləğ, tarif saatı ilə özü tutulur.
- Çıxarışlar
- Çıxarış sorğuları, gündəlik limit və çıxarış bloku.
- Rent a car
- Maşın elanları, sürücü sorğuları, günlük icarə balansdan özü tutulur.
- Komanda və hesabat
- Bölmə üzrə icazələr, fəaliyyət tarixçəsi, kassa və mənfəət.
Yango parkı necə başlayır
- Parkınızı və sürücüləri parkim.az-a birlikdə əlavə edirik.
- Günlük tarif, nağd həddi və çıxarış qaydalarını qoyursunuz.
- Sürücü gəliri və tutulmalar balans tarixçəsində səbəbi ilə yazılır.
Yango Fleet haqqında suallar
Başqa sualınız varsa, aşağıdakı formadan yazın.
Yango parkı parkim.az-ı indi işlədə bilər?
Bəli. Sürücü reyestri, balanslar, günlük tarif, çıxarışlar, rent a car, alt fleetlər və hesabat bu gün işləyir.
Yango gedişləri balansa özü düşür?
Gedişlərin balansa avtomatik yazılması hazırda Bolt Fleet üçün işləyir, Yango üçün hazırlanır. O vaxta qədər gəlir balansa səbəbi ilə yazılır, qalan hər şey bu gün işləyir.
Bir parkda həm Bolt, həm Yango sürücüləri ola bilər?
Bəli. Sürücünün mənbəyi siyahıda görünür: Bolt sürücülərinin gedişləri avtomatik gəlir, digərləri əl ilə idarə olunur.
Bolt Fleet idarəetmə
Ətraflı HazırdırUber Fleet idarəetmə
ƏtraflıParkınızı qoşaq.
Formu doldurun, sizinlə əlaqə saxlayaq. Bolt açarını qoşduğunuz gündən gedişlər sürücü balansına düşməyə başlayır.
- Müraciət birbaşa bizə gəlir. Heç kimə ötürülmür, yalnız sizinlə əlaqə üçündür.
- Zəng edib parkınızı soruşuruq. Sürücü sayı, tarif, nağd qaydası.
- Bolt açarını birlikdə qoşuruq. Gedişlər həmin gün balansa düşməyə başlayır.