Məzmuna keç
Daxil ol

Hazırdır · avtomatik sinxron

Bolt Fleet idarəetmə sistemi

parkim.az Bolt Fleet API ilə qoşulur: gedişlər hər dəqiqə sürücünün balansına yazılır, Bolt kəsintisi portaldakı rəqəmlə eynidir, borclu sürücünün nağdı Bolt-da özü bağlanır. Taksi parkının gündəlik hesabı əl işi olmaqdan çıxır.

Bolt Fleet gedişləri sürücü balans tarixçəsində: gross, Bolt kəsintisi, əvvəl və sonra balans

Şəkillərdəki rəqəmlər demo parkdandır, interfeys realdır.

Bolt fleet parkında nə avtomatik işləyir

Bütün bölmələr eyni balans sistemi üzərində işləyir, hər yazılış tarixçədə qalır.

Gedişlər hər dəqiqə
Bolt Fleet API-dən son gedişlər hər dəqiqə, sürücülər və tarixçə hər 10 dəqiqə yenilənir.
Bolt kəsintisi qəpiyinə qədər
Komissiya, sifariş haqqı və ƏDV gediş-gediş hesablanır və Bolt portalındakı rəqəmlə tutuşdurulub.
Nağd Bolt-da özü bağlanır
Balans həddə düşəndə nağd sifariş Bolt portalında bağlanır, borc ödənəndə açılır, 5 dəqiqədən bir yoxlanılır.
Günlük tarif və faiz
Hər sürücüyə günlük məbləğ və ya gedişdən faiz, tarif saatı və minimum dövriyyə şərti ilə.
Günün sonu
Hər gecə gün Bolt ilə tutuşdurulur, fərq tapılırsa düzəliş təsdiqə düşür.
Çıxarış və hesabat
Çıxarış sorğuları, mədaxil və məxaric, qazanc və mənfəət hesabatı bir paneldə.

Bolt Fleet necə qoşulur

  1. Bolt Fleet API üçün Klient ID və gizli açarı alırsınız.
  2. parkim.az-da Tənzimləmələr → Qoşulmalar bölməsinə yazırsınız, şirkətiniz özü tapılır.
  3. Nağdı idarə etmək üçün Bolt portalına bir dəfə SMS kodu ilə daxil olursunuz.

Bolt Fleet haqqında suallar

Başqa sualınız varsa, aşağıdakı formadan yazın.

Bolt Fleet API açarını haradan alım?

Açarı Bolt Fleet portalından və ya Bolt-un fleet dəstəyindən alırsınız. Klient ID və gizli açar parkim.az-da şifrəli saxlanılır.

Bolt kəsintisi necə hesablanır?

Bolt komissiyası, sifariş haqqı və ƏDV parkınızın Bolt faizinə görə hər gediş üçün ayrıca hesablanır. Gün cəmi Bolt portalındakı rüsumlarla qəpiyinə qədər tutuşdurulub.

Bolt-da nağdı kim bağlayır?

Sistem özü. Sürücünün balansı qoyduğunuz həddə düşəndə nağd sifariş Bolt-da bağlanır, borc ödənəndə açılır. Bolt saytında əl ilə açılsa, 5 dəqiqə içində yenidən bağlanır.

Gediş balansa nə qədər tez düşür?

Təxminən bir dəqiqəyə. Bolt ani bildiriş göndərmədiyi üçün sistem hər dəqiqə son gedişləri özü soruşur.

Hazırdır

Yango Fleet idarəetmə

Ətraflı
Hazırdır

Uber Fleet idarəetmə

Ətraflı

Parkınızı qoşaq.

Formu doldurun, sizinlə əlaqə saxlayaq. Bolt açarını qoşduğunuz gündən gedişlər sürücü balansına düşməyə başlayır.

  • Müraciət birbaşa bizə gəlir. Heç kimə ötürülmür, yalnız sizinlə əlaqə üçündür.
  • Zəng edib parkınızı soruşuruq. Sürücü sayı, tarif, nağd qaydası.
  • Bolt açarını birlikdə qoşuruq. Gedişlər həmin gün balansa düşməyə başlayır.

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.